Separatçı bankirin Xocavənddən çıxarmaq istədiyi pullar oğurlandı

   Separatçı bankirin   Xocavənddən çıxarmaq istədiyi pullar   oğurlandı
  10 Oktyabr 2023    Oxunub:1107
Ermənistan İstintaq Komitəsi Qarabağda mövcud olmuş separatçıların qondarma "Artsaxbank"ı ilə bağlı diqqət çəkən məlumat yayıb.
Qeyd edilir ki, Xocavənddə “Artsaxbank”ın filialında saxlanılan pul və qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb.

İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan sosial şəbəkə hesabında paylaşım edərək yazıb ki, oktyabrın 6-da bankın məlum filialının meneceri İrəvandakı baş ofislə əlaqə saxlayıb.

Qarabağı talan edən İran şirkətləri - ADLAR
O, qeyd edib ki, sentyabrın 22-də Qarabağdan təxliyə olunacağını öyrənərək bankdakı bütün nağd pulu çıxarıb. Məbləğ təxminən 60 milyon dram (150 min dollar-red.) və 100 kisə lombardlıq qızıl-zinət əşyası olub. Menecer pul və qızılları ertəsi gün Ermənistana çatdırmaq məqsədi ilə avtomobilinə yerləşdirib. Lakin gecə saatlarında naməlum şəxslər avtomobili yararaq bankın maliyyə vasitələrini oğurlayıblar.
Bankirin ifadəsi əsasında cinayət işi başlanıb, ibtidai araşdırma aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Banl   Qarət   Qarabağ  





Xəbər lenti