BMT-nin İnsan Haqları komitəsində İranla bağlı araşdırma aparılır
İnsan Hüquqları komitəsi məhbuslara və etirazçılara qarşı şallaq, döyülmə, müalicədən məhrum etmə, uzunmüddətli təkadamlıq kamerada saxlama, təhdid və psixoloji zorakılıq kimi işgəncələrin geniş tətbiqi ilə bağlı suallar qaldırıb.
İran nümayəndələri dəfələrlə “İranın qanuni çərçivəsində işgəncə qadağandır” cavabını səsləndiriblər. Onlar bu işgəncələrin İslam Cinayət çəcəlləsinə əsaslanan və məhkəmə qərarı ilə verilən “fiziki cəzalar” olduğunu iddia edirlər.
Maraqlıdır ki, İranın nümayəndə heyətinin üzvləri arasında “qamçı cəzasını və bədən üzvünün kəsilməsi”ni dəstəkləyən, bu cəzaların “beynəlxalq qanunlarda qadağan olunmadığını” və onların işgəncə nümunəsi kimi sayılmamasını iddia edən Mehdi Hadi kimi odioz fiqur da yer alıb.
Qurumun qeyd etdiyi digər hallar arasında İranda uşaq nikahı, 18 və hətta 13 yaşına çatmamış qızların ərə verilməsi, uşaq müttəhimlərin edam olunması da var. Bununla bağlı komitə cinayət törədilən vaxt yaşı 18-dən az olan bütün şəxslərin edamının qadağan edilməsi zərurətini vurğulayıb. 2012-ci ildən bəri İran hökuməti tərəfindən ən azı 57 təqsirləndirilən uşaq edam olunub.
Qeyd edək ki, BMT-nin ildə üç dəfə toplanan İnsan Haqları komitəsi Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın üzv dövlətlər tərəfindən icrasına nəzarət edir.
AzVision.az