Paşinyan MDB-nin Bişkek sammitində iştirak etməyəcək
“Prezident Sadır Japarov Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Ermənistanın baş naziri təəssüflə bəyan edib ki, bir sıra hallara görə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edə bilməyəcək”, - mətbuat xidmətinin məlumatında deyilir.
Sammitin oktyabrın 13-də Bişkekdə keçirilməsi planlaşdırılır. Liderlərin geniş gündəliyi, o cümlədən ticarət-iqtisadi sahədə əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: