Rusiya Ermənistandan gələn mallara bazarı bağlayır ?

   Rusiya Ermənistandan gələn mallara bazarı bağlayır ?
  11 Oktyabr 2023    Oxunub:1118
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın erməni malları üçün bazarını bağlaması ilə bağlı ehtimalı əsassız sayır. O, bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
"Belə bir fərziyyə nədən irəli gəlir? Biz Avrasiya İqtisadi İttifaqının üzvüyük və iqtisadi əlaqələrimiz tənzimlənir", - Baş nazir deyib.

Ermənistan hökumətinin başçısı Rusiyaya erməni konyakının tədarükü ilə bağlı problemlər barədə məlumatları da təkzib edib. Paşinyan xatırladıb ki, erməni istehsalçıları qəbul edilmiş standartlara əməl etməlidirlər.

Bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Rusiyaya erməni konyakının idxalı ilə bağlı problemlərdən danışıb. O qeyd edib ki, Rusiyanın konyakla dolu yük maşınlarına baxış keçirməsinin siyasi məzmunu yoxdur, bir çox yük maşınları artıq gömrükdən keçib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti