"ABŞ-ın İsrailə hücum hazırlığından xəbərsiz olması mümkünsüzdür" - Zaxarova

   "ABŞ-ın İsrailə hücum hazırlığından xəbərsiz olması mümkünsüzdür" -    Zaxarova
  12 Oktyabr 2023    Oxunub:1101
Yaxın Şərqdə geniş kəşfiyyat şəbəkəsinə, o cümlədən kosmik peyklərə malik olan Birləşmiş Ştatlar Fələstinin radikal HƏMAS hərəkatının İsrailə hücum hazırlığından xəbərsiz qala bilməzdi.
AzVision.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Diplomat qeyd edib ki, HƏMAS əməliyyatları dəqiqliklə olmasa da, geniş miqyasda həyata keçirib ki, bütün bunları, hazırlıqları peyklərdən görməmək mümkün deyildi.

NYT: İranın HƏMAS-ın hücumundan xəbəri olmayıb
Zaxarova xatırladıb ki, Birləşmiş Ştatlar həmçinin Yaxın Şərqdə kiberməkanda baş verən hər şeyi izləyir.

Bir il ərzində (media HƏMAS-ın bir ildir hücuma hazırlaşdığını yazırdı-red.) amerikalılar məlum vəziyyəti izləməyiblər və ən yaxın müttəfiqinə məlumatlar ötürməyiblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   İsrail   HƏMAS  





Xəbər lenti