Türkiyəyə 178 sərnişin aparan təyyarəni ildırım vurub

Türkiyəyə 178 sərnişin aparan təyyarəni ildırım vurub
  16 Oktyabr 2023    Oxunub:934
Almaniyadan Türkiyəyə uçan "Condor" Hava Yollarına məxsus sərnişin təyyarəsi arzuolunmaz təbiət hadisəsi ilə üzləşib.
AzVision.az xəbər verir ki, bu barədə “Airportia” portalı məlumat yayıb.

"Hamburq hava limanından havaya qalxan təyyarəni ildırım vurub. Bundan sonra təyyarə Münhenə eniş edib. Onu əvəz edən A320-200 təyyarəsi uçuşu davam etdirərək, təxminən iki saat gecikmə ilə Antalyaya çatıb", - məlumatda qeyd edilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti