Ərdoğan Rəisi ilə telefonla danışıb

   Ərdoğan Rəisi ilə telefonla danışıb
  16 Oktyabr 2023    Oxunub:1019
Prezident Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefonla danışıb.
AzVision.az xəbər verir ki, görüşdə İsrail-Fələstin münaqişəsi, bölgədə artan gərginlik və həll yolu üçün atılacaq addımlar dəyərləndirilib.

Prezident Ərdoğan görüşdə münaqişələrin tezliklə sona çatmasının regional və dünya sülhü üçün vacib olduğunu, Türkiyənin Qəzzaya humanitar yardımların çatdırılması üçün sıx səylər göstərdiyini, gərginliyi artıran addımlardan qaçınılması lazım olduğunu, bu istiqamətdə müsbət addımların atılmasının vacibliyini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti