Bayden Avropanı birləşdimək və Putini əzmək planlarını açıqlayıb

   Bayden    Avropanı birləşdimək və Putini əzmək    planlarını açıqlayıb
  16 Oktyabr 2023    Oxunub:978
Hazırkı beynəlxalq və daxili siyasi vəziyyətdə Co Bayden ikinci dəfə ABŞ prezidneti seçilməyə hazır olduğunu deyib. O, özünün əsas məqsədlərinin Yaxın Şərqdəki böhranı həll emək və Putini əzmək olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Co Bayden “CBS” kanalına müsahibəsində ABŞ-nin Yaxın Şərqdəki vəziyyəti tənzimləmək və Rusiya prezidenti Vladimir Putini əzmək naminə Avropanı birləşdirməyə qadir olduğunu söyləyib.

Dünyada iki hərbi münaqişənin baş verdiyi, Birləşmiş Ştatlarda isə icra hakliyyəti ilə Konqres arasında fikir ixtilafının müşahidə edildiyi fonda onun yenidən prezidentliyə namizədliyini irəli sürməyə hazır olub-olmaması barədə sualı təxminən 81 yaşlı Bayden müsbət cavablandırıb.

“Dünya dəyişir, lakin bunu etmək üçün bizim imkanlarımız var. Beləliklə, təsəvvür edin ki, Yaxın Şərqdə münasibətlərin tənzimlənməsində biz uğur qazana bilərik. Mən düşünürəm ki, bunu edə bilərik. Əgər biz faktiki olaraq bütün Avropanı birləşdirsək və nəhayət onun yaratdığı problemləri daha yaratmağa imkan verməmək üçün Putini əzsələr nə baş verəcəyini təsəvvür edin”, - Bayden deyib.

O, habelə dünya tarixində ən güclü dövlət olan ABŞ-nin eyni vaxtda həm İsraili, həm də Ukraynanı dəstəkləmək iqtidarında olduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putin isə Çinin Medikorparasiya şirkətinin baş direktoruna müsahibəsində özünün müstəsnalığını vurğulayan ABŞ-nin siyasi elitasının “müstəmləkəçilik düşüncəsi”ni davam etdirdiyini söyləyib.

“Qərbin kolonial yanaşması qaydalara əsaslanan nizamın qorunub-saxlanması tələbində özünü göstərir. Siz nə vaxtsa bu qaydaları görmüsünüz? Yox, çünki onları heç kim heç vaxt yazmayıb və heç kimlə razılaşdırmayıb. Heç kimin görmədiyi qaydalara əsaslanan nizam haqqında necə danışmaq olar? Sağlam düşüncə nöqteyi-nəzərindən bu nonsensdir, cəfəngiyyatdır. Belə yanaşma bu qaydaları özlərinə xeyir edəndə bu və ya digər vaxtlarda uyduranlara uyğun gəlir”, - Putin vurğulayıb.



İndiki ərəb-israil böhranını ABŞ siyasətinin uğursuzluğu kimi qiymətləndirən Rusiya prezidenti, Vaşinqtonun tənzimləmə prosesini inhisara almağa çalışdığını, hər iki tərəf üçün məqbul güzəştləri axtarmadığını və onlara təzyiq göstərdiyini söyləyib.

Putinin fikrincə, ABŞ fələstin xalqının əsas maraqlarını, ilk növbədə isə BMT-nin qərarına əsasən müstəqil Fələstin dövlətinin yaradılması məsələsini nəzərə almayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bayden   Putin  





Xəbər lenti