Latviya Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağladı

Latviya Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağladı
  16 Oktyabr 2023    Oxunub:865
Latviya hakimiyyəti Rusiya ilə sərhəddə olan iki keçid məntəqəsini bağlayıb.
Bunlar Vientuli və Pededzeni məntəqələridir. AzVision.az xəbər verir ki, bu barədə LETA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya-Latviya sərhədində Qrebnevo və Terekhovo sərhəd-keçid məntəqələri fəaliyyətini davam etdirir.

Həmçinin, Latviya oktyabrın 16-dan Belarusla sərhədə yaxın hava məkanından istifadəyə məhdudiyyətlər tətbiq edəcək və bu məhdudiyyətlər ilin sonuna qədər qüvvədə qalacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Latviya  





Xəbər lenti