Ərdoğan Rəisi ilə danışdı

   Ərdoğan Rəisi ilə danışdı
  16 Oktyabr 2023    Oxunub:1047
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefonla danışıb. Liderlər Fələstin-İsrail gərginliyi və gərginliyin azalmasına səbəb ola biləcək addımlar barədə danışıb.
Ərdoğan söhbət zamanı vurğulayıb ki, bölgədə sülhün bərqərar olması üçün münaqişəyə yaxın vaxtlarda son qoymaq və daha da gərginliyə səbəb ola biləcək addımlardan çəkinmək lazımdır.

Türkiyə lideri qeyd edib ki, Ankara Qəzza zolağına humanitar yardımın çatdırılması üçün səy göstərir və qarşılıqlı faydalı razılaşmalar tərəflər arasında davamlı sülhə gətirib çıxara bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti