Müxalif siyasi fəal Vahid Behiştiyə Londonda hücum edilib

Müxalif siyasi fəal Vahid Behiştiyə Londonda hücum edilib
  16 Oktyabr 2023    Oxunub:894
Britaniyanın “Times” qəzeti Fələstin tərəfdarını İran hakimiyyətinə müxalif siyasi fəal Vahid Behiştiyə Londonda hücum etdiyini və başını kəsməklə hədələdiyini yazıb.
AzVision.az Behiştinin öz tvitində verdiyi məlumata istinadən xəbər verir ki, həbs edilən həmin şəxsin yanında bıçaq olub.

230 gündən artıqdır ki, Londonda Xarici İşlər nazirliyinin ofisinin qarşısında oturaq aksiya keçirən Vahid Behişti SEPAH-ın adını Böyük Britaniyanın terrorçuları siyahısına salınmasına çalışır.

“The Times” 46 yaşlı siyasi fəalın Londonda Fələstin və HƏMAS tərəfdarlarının nümayişləri zamanı hücuma məruz qaldığını vurğulayıb.

Behişti bir qrup Fələstin tərəfdarı etirazçının hücumunun səbəbinin onun yaşadığı yerdə İsrail bayrağının asılması ilə izah edib. Onun sözlərinə görə, HƏMAS-ın bu ölkəyə ölümcül hücumlarından sonra həmin bayrağı İsraillə həmrəylik əlaməti kimi qaldırıb.

Hücumdan sonra yayılan video-materiallara görə, iki maskalı etirazçı Behiştinin oturduğu yerə basqın edərək İsrail bayrağını aşağı endirib ələ keçirsə də, onların ardınca gedən Behişti onu geri alır.


Behiştiyə edilən hücumu pisləyən Böyük Britaniyanın İcmalar Palatasının Xarici Əlaqələr komitəsinin rəhbəri Alisiya Kerns, onun başına gələnləri görməkdən “dəhşətə düşdüyünü” vurğulayıb. Parlamentari həmçinin Böyük Britaniyanın SEPAH-a qarşı sanksiyalar tətbiq etməsinin zəruri olduğunu deyib.
AzVision.az


Teqlər: İran   London  





Xəbər lenti