HƏMAS-ın kəşfiyyat rəhbəri məhv edildi

   HƏMAS-ın kəşfiyyat rəhbəri məhv edildi
  16 Oktyabr 2023    Oxunub:1031
İsrail ordusu Qəzza zolağında, Xan Yunisdə HƏMAS-ın kəşfiyyat rəhbərinin məhv edildiyini açıqlayıb.
Qeyd edək ki, artıq İsrail Müdafiə Qüvvələri (IDF) və İsrail Baş Təhlükəsizlik Xidməti Fələstin qruplaşmasının oktyabrın 7-də İsrail ərazisinə hücumundan sonra HƏMAS-ın 6 yüksək rütbəli rəsmisini zərəsizləşdirib.

Məhv edilənlər arasında HƏMAS-ın "Nuhba" xüsusi təyinatlılar bölüyünün komandirləri Əli Qadi və Bilal Əl-Qədra, HƏMAS-ın Siyasi Bürosunun üzvü Zəkəriyyə Əbu Maamar, HƏMAS-ın Cənub Milli Təhlükəsizlik Dairəsinin komandiri Muataz Bayram, HƏMAS-ın Qəzza İqtisadiyyat Naziri Cavad Əbu Şamala və Qəzzadakı HƏMAS hava sisteminin rəhbəri Murad Əbu Murad var.


AzVision.az


Teqlər:





Xəbər lenti