Putin Netanyahuya zəng etdi

   Putin Netanyahuya zəng etdi
  16 Oktyabr 2023    Oxunub:1239
Rusiya prezidenti Vladimir Putin ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Bu barədə Kreml məlumat yayıb. Liderlər Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi nəticəsində yaranmış böhranlı vəziyyət müzakirə ediblər. Bildirilib ki, Rusiya lideri mülki əhalinin ölümü ilə nəticələnən hərəkətləri pisləyib.

Qeyd olunub ki, Putin telefon danışıqları zamanı Netanyahuya Yaxın Şərq liderləri ilə danışıqların nəticələri barədə məlumat verib, həmçinin Rusiyanın Fələstinlə münaqişənin sona çatmasına kömək etməyə hazır olduğunu qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti