Almaniyada İsrail bayraqları kütləvi şəkildə zədələnir

   Almaniyada İsrail bayraqları kütləvi şəkildə zədələnir
  16 Oktyabr 2023    Oxunub:1228
Son bir neçə gün ərzində Almaniyanın bir çox şəhərində hökumət binalarının yaxınlığındakı bayraq dirəklərinə həmrəylik əlaməti olaraq qoyulmuş İsrail bayraqları sökülüb, oğurlanıb və ya zədələnib.
Bu barədə Bild xəbər verir. Nəşr bildirib ki, son bir həftə ərzində Erfurt, Berlin, Krefeld, Moers şəhərlərinin ratuşa binalarından və ya administrasiyalarından, Ştralsunddakı kilsədən və Şverindəki Daxili İşlər Nazirliyinin binasından bayraqlar sökülüb və ya oğurlanıb.

Vitte və Reklinqhausen şəhərlərində iki dəfə ardıcıl olaraq İsrail bayraqları oğurlanıb. Bild vurğulayıb ki, Axen və Maynsda bayraqlar sökülərək yandırılıb, Ştadedə bir qrup gənc yerli ratuşa binasındakı bayrağı yıxmaq istəyib, lakin buna nail olmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti