HƏMAS-ın girov götürdüyü oğluna görə Messiyə müraciət etdi

   HƏMAS-ın girov götürdüyü oğluna görə Messiyə müraciət etdi
  16 Oktyabr 2023    Oxunub:1049
İsrail əsgərinin atası Aleks Şerman Amerikanın "İnter Mayami" klubunun və Argentina millisinin futbolçusu Lionel Messiyə müraciət edib.
Bu barədə “Marca” xəbər verib. “Argentina vətəndaşlığı olan İsrail əsgəri oğlum Ron Qəzzada HƏMAS terror qruplaşması tərəfindən qaçırılıb. Bilirəm ki, sizə minlərlə kömək sorğusu gəlir və bu videonun sizə çatıb-çatmayacağını bilmirəm. Amma bir ata olaraq oğlumu geri qaytarmaq üçün əlimdən gələni edirəm.

Bilirəm ki, sizin bir neçə sözünüz möcüzə yarada bilər. Oğlum Ron və Həmas tərəfindən qaçırılan Argentinalılar üçün. Əlinizdən gələni edin. Ümid edirəm sözlərim sizə çatar. Biz sizi sevirik və sizə heyranıq”, - Aleks Şerman bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti