ABŞ İsrailə hərbçilər göndərir

      ABŞ İsrailə hərbçilər göndərir
  16 Oktyabr 2023    Oxunub:1564
ABŞ İsrailə təxminən iki min əsgər göndərəcək.
Bu barədə ölkənin Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Rəsmilər bildiriblər ki, qoşunlar məsləhət və tibbi dəstək missiyalarını yerinə yetirəcək. Onlar bütün ABŞ ordusunun nümayəndələrindən ibarət olacaq və döyüş əməliyyatlarında iştirak etməyəcək.

Qeyd olunub ki, hazırda İsrailə göndəriləcək hərbçilər həm Yaxın Şərqdə, həm də ondan kənarda, o cümlədən Avropadakı yerləşən ABŞ hərbi hissələrindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti