"İsrail ABŞ-dan 10 milyard dollar yardım istəyir" - KİV

   "İsrail ABŞ-dan 10 milyard dollar yardım istəyir" -    KİV
  17 Oktyabr 2023    Oxunub:804
İsrail ABŞ-dan 10 milyard dollar dəyərində təcili yardım istəyib.
AzVision.az xəbər verir ki, bu barədə "The New York Times" üç rəsmiyə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, amerikalı qanunvericilər hazırda İsrail və Ukraynaya yardım paketi hazırlayırlar.

ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Amerika administrasiyası Ukrayna, İsrail və digər ehtiyaclara kömək etmək üçün 2 milyard dollardan çox tələb etmək niyyətindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti