"Putin və Ərdoğan Yaxın Şərqdə eskalasiyanı müzakirə edə bilərlər"

   "Putin və Ərdoğan Yaxın Şərqdə eskalasiyanı müzakirə edə bilərlər"
  17 Oktyabr 2023    Oxunub:829
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin Yaxın Şərqdə pisləşən vəziyyətlə bağlı işçi təmaslarını davam etdirirlər.
AzVision.az xəbər verir ki, barədə "RİA Novosti" Türkiyə prezident administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, iki prezident arasında “etibarlı, isti münasibətlər”lə yanaşı, işgüzar təmas da mövcuddur. Ərdoğan və Putin həm ikitərəfli, həm də regional məsələlərdə daim əlaqə saxlayırlar.

Mənbə qeyd edib ki, Yaxın Şərqdəki eskalasiya fonunda, lazım gələrsə, Ərdoğan və Putin cari gündəmi müzakirə etmək üçün yenidən telefon danışığı apara bilərlər. Lakin iki lider arasında növbəti danışıqlar üçün konkret tarix yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti