İranda 5,5 bal gücündə zəlzələ olub

İranda 5,5 bal gücündə zəlzələ olub
  17 Oktyabr 2023    Oxunub:794
İranda 5,5 bal gücündə zəlzələ olub. AzVision.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Qeyd edilir ki, zəlzələ ölkənin cənubunda, Hörmüzqan əyalətində baş verib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların episentri 352 min nəfər əhalisi olan Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindən 62,8 kilometr şimalda yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti