Miqrant Brüseldə terror törətdi: 2 nəfər ölüb - VİDEO

Miqrant Brüseldə terror törətdi: 2 nəfər ölüb    - VİDEO
  17 Oktyabr 2023    Oxunub:1149
Belçikada miqrant yoldan keçənləri atəşə tutub.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Hadisə şahidlərinin sözlərinə görə, həmin şəxsin əlində AK-47 olub.

Qeyd edilir ki, insident Brüsselin mərkəzində baş verib və Yaxın Şərqdən olan miqrantın açdığı atəş nəticəsində iki nəfər ölüb.

Daha sonra o, canlı yayıma çıxaraq deyib ki, atdığı bu addım Avropa İttifaqını (Aİ) İsraili dəstəkləməsinə görə qisas tədbiridir.

Terrorçunun qurbanları isə Belçika və İsveç milli komandalarının oyununu izləmək üçün Brüsselə gələn İsveçdən olan futbol azarkeşləri olub.

Cani insidentdən sonra polisdən qaça bilib. Hadisədən xəbər tutan İsveç millisinin futbolçuları ikinci hissədə meydana çıxmaqdan imtina ediblər. Birinci hissədən sonra Belçika - İsveç matçında hesab 1:1 olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Belçika  





Xəbər lenti