Almaniya İrana xəbərdarlıq edib

Almaniya İrana xəbərdarlıq edib
  17 Oktyabr 2023    Oxunub:831
İranın Xarici İşlər nazirinin HƏMAS rəhbərliyi ilə görüşündən sonra Almaniya hökuməti İsrail-HƏMAS müharibəsini alovlandırmaqdan çəkindirmək barədə Tehrana xəbərdarlıq edib.
AzVision.az AFP telekanalına istinadən xəbər verir ki, Almaniyanın Xarici İşlər nazirliyinin sözçüsü Sebastyan Fişer belə bəuyanat yayıb.

“Bu vəziyyətdə odla oynamaq, odun üzərinə neft tökmək və ya başqa cür alovlandırmaq istəyən hər kəs həqiqətən yenidən düşünməlidir, çünki potensial regional münaqişə ilə üz-üzəyik”, - Fişer deyib.

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan daha əvvəl “Əl-Cəzirə” telekanalına müsahibəsində İsrailin Qəzzaya girəcəyi və müharibənin yayılmasının qarşısını almaq üçün səylərin uğursuz olacağı halda, İranın sadəcə müşahidəçi olaraq qala bilməyəcəyini deyib.

Bu arada Almaniya kanslerinin Yaxın Şərqdə davam edən böhranı müzakirə etmək üçün bu həftə İsrail və Misirə səfərə gedəcəyi açıqlanıb.
AzVision.az


Teqlər: İran   Almaniya  





Xəbər lenti