Paris xəstəxanasında qalmaqal: 93 və 95 yaşlı qadınlar zorlandı

Paris xəstəxanasında qalmaqal:    93 və 95 yaşlı qadınlar zorlandı
  17 Oktyabr 2023    Oxunub:1104
Fransada qalmaqallı cinayət hadisəsi baş verib. AzVision.azxəbər verir ki, bu barədə “Europe 1” məlumat yayıb.
Qeyd edilir ki, xəstəxanalardan birinin qocalar şöbəsində iki ahıl qadına təcavüz edilib.

51 yaşlı müəllim 15 ildə 30-dan çox qızı zorlayıb
KİV-in məlumatına görə, zorlama cinayəti Parisin şimal-qərb zonasında baş verib. Bir nəfər Arjanteyadakı tibb müəssisəsində psixi problemləri olan 93 yaşlı xəstənin otağından çıxarkən diqqət çəkib. Bundan sonra otağa baxış keçirən tibb işçiləri çarpayıda kişinin burada cinsi əlaqədə olmasını sübut edən izlər aşkarlayıblar. Bir neçə saat sonra isə yaşlı qadın infarkt keçirib və həkimlər onu həyata qaytara bilməyiblər.

Xəstəxananın təhlükəsizlik xidmətinin əməkdaşları cinsi təcavüzdə şübhəli bilinən fransızı saxlayıblar. Qadının ölümünün bu təcavüzlə əlaqəsi olub-olmaması hələlik aydınlaşdırılmayıb. Çünki ekspertlər hələlik meyiti yararaq rəy verməyiblər.

Maraqlıdır ki, xəstəxanada yatan başqa bir yaşlı qadının da məlum cinayətkarın oxşar əməlindən zərər çəkməsi üzə çıxıb. 95 yaşlı təqaüdçü şikayət edərək deyib ki, təcavüzkar otağa girəndən sonra onun sinəsinə toxunub, zorlayıb və qaçaraq gizlənə bilib.

Cinayətləri törətdiyi iddia edilən 44 yaşlı şəxs polis tərəfindən dindirilir. Məlum hadisələrlə bağlı isə istintaq prosesi başladılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Xəstəxana   Təcavüz  





Xəbər lenti