Evi təmizləyirdi, tank əleyhinə qumbaraatan tapdı

Evi təmizləyirdi,  tank əleyhinə qumbaraatan tapdı
  17 Oktyabr 2023    Oxunub:1264
Rusiyada yaşlı qadın evindən təhlükəli silah tapıb. AzVision.az xəbər verir ki, bu barədə “Fontanka.ru” məlumat yayıb.
Qeyd edilir ki, təqaüdçü Sankt-Peterburq yaxınlığındakı Lomonosov rayonunda evini təmizləyirmiş. Nəticədə talvardan tank əleyhinə "RPQ-26" qumbaraatanı tapıb.

Nəşrin məlumatına görə, "66 yaşlı qadın “Andreevka-1” bağlarındakı daçasının talvarına baxarkən qəribə əşya görüb və onun silah olduğunu dərhal anlayıb. O, hadisə yerinə partlayıcı maddələr üzrə mütəxəssisləri çağırıb. Yaşlı qadın belə ehtimal edib ki, silah onun Çeçenistan döyüşlərində iştirak etmiş ərinə məxsus olub".

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti