Fransada partiya sədri Zelenskini aşağıladı

   Fransada partiya sədri Zelenskini aşağıladı
  17 Oktyabr 2023    Oxunub:1086
Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo Ukrayna prezidenti Volodimir Zelenskiyə marağın itdiyini deyib.
O, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Zelenski İsrailə səfəri ilə yenidən medianın diqqətini cəlb etmək istəyir. Lakin o, yəhudi dövlətindən “quru və rəsmi imtina” cavabı alıb.

ABŞ Ukraynada gözlənilməz addımlara hazırlaşır?
“Yaxın Şərqdəki dramatik hadisələrdən sonra bütün dünyanın ona (Zelenskiyə-red.) marağını itirdiyi və onun əks-hücumunun müşahidəçilər tərəfindən “fəlakətli” kimi qiymətləndirildiyi bir vaxtda İsrail səfərdən imtina etdi!” – Filippo yazdı.

"Vətənpərvərlər" partiyasının rəhbərinin sözlərinə görə, Ukrayna lideri üçün “hər şey bitib”. İndi o, “hər şeyi buraxıb sülhə razılıq verməlidir”.

Xatırladaq ki, oktyabrın 16-da İsrailin Ynet portalı hakimiyyətə istinadən diqqət çəkən məlumat yaymışdı. Qeyd edilirdi ki, Fələstinlə münaqişə səbəbindən Zelenskinin səfəri qəbul olunmayacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Zlenski  





Xəbər lenti