Fatimə Sipehri: İranın kitabı Əl-Əqsa fırtınası ilə bağlanacaq

      Fatimə Sipehri:    İranın kitabı Əl-Əqsa fırtınası ilə bağlanacaq
  17 Oktyabr 2023    Oxunub:1057
İran rejimi hakimiyyətə gəldikdən sonra Yaxın Şərq sülh görməyib və ümid edirəm ki, Tehranın başladığı iş Əl-Əqsa fırtınasında bağlanacaq.
AzVision.az xəbər verir ki, HƏMAS-ın İsrailə hücumunu pisləyib siyasi fəal Fatimə Sipehri Məşhəddəki Qaim xəstəxanasından çəkdiyi video-materialda belə bəyanat səsləndirib.

“Mən yüksək səslə deyirəm ki, İran xalqı İsrail xalqının tərəfindədir və İslam rejiminin agentləri pullarını güllələrə xərcləyirlər. İran milləti müharibəni və müdafiəsiz insanların öldürülməsini istəmir”, - Sipehri bildirib.

Fatimə Sipehri ötən il sentyabrın 21-də ümummilli etirazların əvvəlində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Məşhəd İnqilab məhkəməsinin 1-ci şöbəsi Fatimə Sepehrini “düşmən ölkələrlə əməkdaşlıq”, “toplaşma və sövdələşmə”, “rəhbərliyi təhqir etmək” və “rejim əleyhinə təbliğat” ittihamları ilə 18 il həbs cəzasına məhkum edib. Bu hökmü Apellyasiya məhkəməsi də təsdiqləyib. Amma İslam Cinayət məcəlləsinin 134-cü maddəsinə əsasən, ona 10 il həbs cəzası veriləcək.
AzVision.az


Teqlər: İran   İsrail  





Xəbər lenti