Paşinyan Strasburqda Aİ ilə əlaqələri təriflədi, təxribatçı fikirlər səsləndirdi

Paşinyan Strasburqda Aİ ilə əlaqələri təriflədi,  təxribatçı fikirlər səsləndirdi
  17 Oktyabr 2023    Oxunub:996
"Ermənistan Avropa İttifaqı ilə əlaqələrin daha da dərinləşməsində maraqlıdır".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentinin rəhbəri Roberta Metsola ilə birgə keçirilən mətbuat konfransında deyib.

Paşinyan qeyd edib ki, guya demokratiya Ermənistan üçün strateji seçimdir və bu seçim Avropa İttifaqı (Aİ) ilə əlaqələrin möhkəmləndirilməsi üçün möhkəm təməl sayılır.

Ermənistan rəhbərinin sözlərinə görə, son vaxtlar Ermənistanla Aİ arasında münasibətlər daha bir elementlə - təhlükəsizlik sferası ilə tamamlanıb.
Söhbət xüsusən Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasından gedir.

O, həmçinin xatırladıb ki, Ermənistan bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib ki, bu da İrəvanın beynəlxalq hüquq nizamının stimullaşdırılması və inkişaf etdirilməsində maraqlı olduğunu göstərir.

İrəvan rəhbəri Azərbaycan əleyhinə təxribatçı fikirlər də səsləndirib. O, Qarabağı könüllü tərk edən ermənilərin "etnik təmizləmə"yə məruz qaldığını iddia edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti