Paşinyan: "Azərbaycanla sülh ilin sonuna qədər mümkündür"

      Paşinyan: "Azərbaycanla sülh ilin sonuna qədər mümkündür"
  17 Oktyabr 2023    Oxunub:891
"Ermənistanla Azərbaycan arasında sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması 2023-cü ilin sonuna qədər mümkündür". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentinin iclasında çıxışı zamanı deyib.
“Əgər sadaladığım prinsiplər rəsmən təsdiq olunarsa, o zaman bu ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması çox real olacaq”.

Paşinyan çıxışı zamanı nizamlanmanın əsas prinsipləri arasında xüsusilə Ermənistanın ərazi bütövlüyünün təsdiqini göstərib. Baş nazir qeyd edib ki, o, Azərbaycan prezidenti İlham Əliyevlə oktyabrda Brüsseldə Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə baş tutmalı olan görüşdə prinsiplərin təsdiqini gözləyir.

“Biz qətiyyətlə sülhə doğru getməliyik, bunun üçün siyasi iradə lazımdır.Mənim, Ermənistan hökumətinin və parlamentdəki çoxluğun belə bir iradəsi var".

Paşinyan bildirib ki, İrəvan öz ərazisində Azərbaycan yüklərinin təhlükəsizliyini təmin etməyə hazırdır.

Baş nazir təcili olaraq delimitasiya işlərinə başlamağın vacibliyini bildirib. Onun fikrincə, Sovet Baş Qərargahının xəritələri həm də qoşunların qarşılıqlı çıxarılması, sülh müqaviləsinin yekun təsdiqi və bütün digər məsələlərin həlli üçün əsas olmalıdır.

"Ermənistan Azərbaycandan Sovet Baş Qərargahının son xəritələri əsasında sərhədlərin delimitasiyasına başlamağa razılıq verməsini gözləyir".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti