Bayden İsraildə beş saat olacaq

   Bayden İsraildə beş saat olacaq
  17 Oktyabr 2023    Oxunub:1232
ABŞ prezidenti Cozef Baydenin İsrailə səfəri təxminən beş saat davam edəcək.
Bu bəyanatla “Yedioth Ahronoth” qəzeti çıxış edib. Bayden yerli vaxtla saat 10:00-da İsrailə gələcək və saat 15:00-a qədər yəhudi dövlətində qalacaq. İsraildə onun ölkənin baş naziri və prezidenti ilə, həmçinin Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən Qəzzada saxlanılan girovların ailə üzvləri ilə görüşü planlaşdırılır.

Bundan sonra o, Əmmana gedəcək və burada İordaniya Kralı II Abdullah, həmçinin Fələstin prezidenti Mahmud Abbas və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqlar aparacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti