İranın birinci vitse-prezidenti Minskə gedir

İranın birinci vitse-prezidenti Minskə gedir
  17 Oktyabr 2023    Oxunub:968
İran prezidenti İbrahim Rəisinin birinci müavini Məhəmməd Mohber Belarusun paytaxtı Minskə bir günlük səfərə yola düşüb.
xəbər verir ki, İran mətbuatı səfərin “iki ölkənin yüksək n
AzVision.az xəbər verir ki, İran mətbuatı səfərin “iki ölkənin yüksək nümayəndə heyətləri arasında ikitərəfli danışıqların aparılması və Tehranla Minsk arasında bir sıra əməkdaşlıq sənədlərinin imzalanması” məqsədi daşıdını açıqlayıb.

Səfərdə Mohberi İranın Sənaye, Mədən və Ticarət, Neft və Kənd təsərrüfatı nazirləri müşayiət edirlər.

Qeyd edək ki, İranın lideri bundan əvvəl Tehrana səfərə gələn Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə ABŞ-nin sanksiyaları altında olan ölkələrin sanksiya taktikasını aradan qaldırması zərurətini vurğulamışdı. Bu Ukraynadakı müharibə ilə əlaqədar Avropa İttifaqının son dövrünün sanksiyalarının bəzilərinin Rusiya, Belarus və İrana qarşı birgə həyata keçirildiyinə birbaşa işarə idi.
AzVision.az


Teqlər: İran   Belarus  





Xəbər lenti