İranda qardaş azyaşlı nikah qurbanı olan bacısını qətlə yetirib

İranda qardaş azyaşlı nikah qurbanı olan bacısını qətlə yetirib
  17 Oktyabr 2023    Oxunub:993
İranın Luristan əyalətinin Əl-Əştər şəhərində məcburi nikah və uşaq nikahının qurbanı olan Raziyə Həsənvənd adlı gənc qadın qardaşı tərəfindən öldürülüb.
AzVision.az xəbər verir ki, oktyabr ayının 12-də güllələnən və bundan iki gün sonra dünyasını dəyişən uşaq anası 20 yaşlı Raziyə Həsənvənd bir neçə il əmisi oğlu ilə yaşadıqdan sonra ailənin sərt müqavimətinə baxmayaraq ərindən ayrılıb.

Bu yaxınlarda yenidən başqa kişi ilə evlənmək üçün ona təzyiq göstərən qardaşı, evdən çölə çıxdığı üçün Raziyəni hətta dəfələrlə vurub.

İranda namus motivi ilə qadınların öldürülmə hallarının get-gedə artdığını bildirən “Hengaw” hüquq müdafiəsi təşkilatı son 17 gündə azı 7 qadının “namus” motivləri ilə qətlə yetirildiyini açqılayıb.

Təşkilat özünün başqa bir hesabatında sentyabrın 29-dan oktyabrın16-dək İranın müxtəlif şəhərlərində ən azı 13 qadının ailələrinə yaxın şəxslər tərəfindən qətlə yetirildiyini qeyd edib.
AzVision.az


Teqlər: İran   qadınlar  





Xəbər lenti