"İsrail Qəzza zolağında quru əməliyyatı ilə bağlı hələ qərar verməyib"

 "İsrail Qəzza zolağında quru əməliyyatı ilə bağlı hələ qərar verməyib"
  17 Oktyabr 2023    Oxunub:1392
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru hərbi əməliyyat keçirib-keçirməməsi ilə bağlı hələlik yekun qərar verməyib.
Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü polkovnik-leytenant Riçard Hecht jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Biz müharibənin növbəti mərhələlərinə hazırlaşırıq. Onların nə olacağını hələ deməmişik. Hamı quru əməliyyatından danışır, amma bu başqa bir şey ola bilər", - Reuters Hechtdən sitat gətirib.

İsrail ordusunun sözçüsü deyib ki, İsrail iki cəbhəli müharibəyə tab gətirmək iqtidarındadır.

O qeyd edib ki, Qəzza zolağından İsrailə qarşı 6,5 mindən çox raket zərbəsi endirilib. Hechtin sözlərinə görə, yəhudi dövləti amerikalıların və ya ingilislərin İsraildə müharibədə qan tökməsini gözləmir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti