İranda “556 min yeniyetmə” orta məktəbə getmədən məktəbi tərk edir

İranda  “556 min yeniyetmə” orta məktəbə getmədən məktəbi tərk edir
  17 Oktyabr 2023    Oxunub:1039
İranın Statistika mərkəzi ən azı 556 000 iranlı yeniyetmənin yoxsulluq və məhrumiyyətlər üzündən orta məktəbə daxil olmamışdan əvvəl məktəbi tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.
AzVision.az Statistika mərkəzinin dərc etdiyi “İranın 2023-cü ilin baharının sosial və mədəni vəziyyəti hesabatı”na istinadən xəbər verir ki, 2022-2023-cü tədris ilində 15-17 yaş arası 556 mindən çox uşaq məktəbdən kənarda qalıb. Onların 295 mini oğlan, 261 mini qızdır.

Həmçinin, “İran Watch” təşkilatının məlumatına görə, İran Statistika mərkəzinin son hesabatında vurğulanır ki, yoxsulluğun yayılması və COVİD-19 epidemiyası zamanı uşaqların təhsil resursları və imkanlarına çıxışının daha da azalması səbəbindən iranlı uşaqların təhsildən məhrumiyyətləri xeyli artıb.
“Tjarat News” saytı da “Paytaxt” rəy mərkəzi”nin sorğusuna əsasən orta hesabla dəftərxana ləvazimatlarının qiymətinin 50% artığını yazıb.

Bu sorğunun nəticələrinə görə, Tehranda ailələrin təxminən 60%-i övladlarının təhsili üçün təhsil haqqı ödəyir. Məktəb xidmətlərinin qiymətinin keçən illə müqayisədə 50%-dən çox artması İran paytaxtında şagirdlərin 53%-dən çoxunu məktəbə piyada getmək məcburiyyəti qarşısında qoyub.
AzVision.az


Teqlər: İran   məktəblilər  





Xəbər lenti