Türkiyə girovları azad etmək üçün HƏMAS-la danışıqlar aparır

   Türkiyə girovları azad etmək üçün HƏMAS-la danışıqlar aparır
  17 Oktyabr 2023    Oxunub:1010
“Ankara radikal HƏMAS hərəkatının siyasi qanadı ilə əcnəbilər də daxil olmaqla, saxladığı girovların azad edilməsi üçün danışıqlar aparır”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. “Hazırda müxtəlif ölkələrdən vətəndaşlarının azad edilməsi ilə bağlı müraciətlər almışıq. Biz bu məsələləri xüsusilə HƏMAS-ın siyasi qanadı ilə müzakirə etməyə başlamışıq.

Əcnəbilərin, mülki şəxslərin və uşaqların azad edilməsi üçün səylərimiz davam edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prinsipial qərar verib, bu və digər humanitar məsələlərin həllinə mümkün qədər töhfə versin”, - deyə o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti