Finlandiya Rusiya ilə sərhəddə hasarın tikintisini davam etdirəcək

Finlandiya Rusiya ilə sərhəddə hasarın tikintisini davam etdirəcək
  17 Oktyabr 2023    Oxunub:756
Finlandiya 2024-cü ilin qışında da Rusiya ilə sərhəddə hasar çəkməyə davam edəcək.
Bu barədə Finlandiya sərhəd xidməti rəsmi saytında məlumat yayıb. Qeyd olunub ki, şərq sərhədinin hasarlanması layihəsinin pilot mərhələsi 2023-cü ilin yayında tamamlandı. Pilot mərhələdə Pelkolda 2,8 km uzunluğunda, İmmola qarnizonu zonasında isə 300 metrlik hasar tikilib.

Belə ki, yeni plan çərçivəsində ilk hədəf ərazilərin tikintisi 2024-cü ilin qışında başlayacaq və bataqlıq ərazilərdən keçə bilən hasarlama variantları hazırda Sallada sınaqdan keçirilir.
Açıqlamaya görə, Finlandiya parlamenti hasarın tikintisini maliyyələşdirmək üçün 139 milyon avro ayırıb.


AzVision.az


Teqlər:





Xəbər lenti