Xarici mediaya müsahibə verən Saleh Nikbəxtə həbs cəzası kəsilib

 Xarici mediaya müsahibə verən Saleh Nikbəxtə həbs cəzası kəsilib
  17 Oktyabr 2023    Oxunub:872
Ötən ilin sentyabrında İranda polsi şöbəsində vəfat edən Məhsa Əmininin ailəsinin vəkili Məhəmməd Saleh Nikbəxt xarici mediaya müsahibə verdiyinə görə, “rejim əleyhinə təbliğat fəaliyyəti” ittihamı ilə Tehran İslam İnqilabı məhkəməsi tərəfindən 1 il həbs və əlavə cəzaya məhkum olunub.
AzVision.az xəbər verir ki, Saleh Nikbəxtin vəkili Əli Rzai bununla bağlı səsləndirdiyi açıqlamada müvəkkilinə qarşı çıxarılan hökmü bu cür işlərə görə “maksimum cəza” kimi qiymətləndirib.

“Oxşar işlərdə xaricdə farsdilli mediaya verdiyi müsahibələrin sayı və davamlılığı baxımından Nikbəxtdən on dəfə çox müsahibə verən və buna görə təqib edilən müttəhimlər daha az həbs cəzası alıblar. Amma məhkəmənin qərarına əsasən, bu vəkil həbslə yanaşı, kiberməkanda fəaliyyətin qadağan edilməsi kimi əlavə cəza ilə də üzləşib”, - Rzai deyib.

Əminilər ailəsinin təmsilçisi vəkil Məhəmməd Saleh Nikbəxt ötən il tibbi ekspertizanın Məhsanın ölümünün səbəbini “infarck” və “əsas xəstəlik” kimi qələmə verməsinə etiraz edərək, etibarlı həkimlərin iştirakı ilə kollegiya yaradılması tələbini irəli sürmüşdü.
AzVision.az



Teqlər: İran   Nikbəxt  





Xəbər lenti