Perincek: “Türkiyə İsveçin NATO üzvlüyünün ratifikasiyasını rədd etməlidir”

      Perincek:    “Türkiyə İsveçin NATO üzvlüyünün ratifikasiyasını rədd etməlidir”
  18 Oktyabr 2023    Oxunub:1075
Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək deyib ki, Ankara İsveçin Şimali Atlantika Alyansına üzvlüyünün ratifikasiyasından imtina etməlidir və NATO-dan çıxmaq Türkiyə üçün son dərəcə vacib məsələdir.
Siyasətçi bu barədə RİA Novosti-yə müsahibəsində danışıb. Onun fikrincə, Türkiyə qətiyyət nümayiş etdirməli və Alyansın Şərqə doğru genişlənməsinə dərhal qarşı çıxmalıdır. Siyasətçi hesab edir ki, Türkiyə parlamenti İsveçin NATO-ya daxil olması məsələsini tez bir zamanda öz gündəliyinə daxil etməli, sonra isə Stokholmun müraciətini rədd etməlidir.

Perinçək Türkiyənin Alyansından faktiki olaraq xaric edildiyini vurğulayıb: “NATO-dan çıxmaq indi Türkiyə üçün yaşamaq məsələsidir. Ölkənin NATO-dan çıxması ABŞ-ın sui-qəsdlərinə qarşı ən təsirli təcrübədir”.

AzVision.az


Teqlər:





Xəbər lenti