ABŞ İsrailə içərisi hərbi yardımla dolu 5 təyyarə göndərdi

ABŞ İsrailə içərisi hərbi yardımla dolu 5 təyyarə göndərdi
  18 Oktyabr 2023    Oxunub:953
ABŞ İsrailə içərisi hərbi yardımla dolu beş C-17 təyyarəsi göndərib.
Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı bildirib. “Bu günə qədər beş C-17 döyüş təyyarəsi İsrailə müxtəlif hərbi təhlükəsizlik yardımlarını uğurla çatdırıb. Reyslər oktyabrın 12-dən 16-dək həyata keçirilib”,-deyə o, qeyd edib. Pentaqonun mətbuat katibinin müavini belə çatdırılmaların davam etdiriləcəyini söyləyib.

Həmçinin oktyabrın 17-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ İsrailə ölkənin hərbi əməliyyatları necə aparması barədə məsləhət vermək niyyətində deyil . Onun sözlərinə görə, İsrail dövlətinin Fələstin qüvvələrini məsuliyyətə cəlb etmək hüququ var.

AzVision.az


Teqlər:





Xəbər lenti