"Qəzzada xəstəxananı "İslami Cihad" qruplaşması vurub"

   "Qəzzada xəstəxananı "İslami Cihad" qruplaşması vurub"
  18 Oktyabr 2023    Oxunub:964
"İsrail Müdafiə Qüvvələrinin araşdırması təsdiq edib ki, radikal "İslami Cihad" qruplaşması oktyabrın 17-də Qəzza zolağında xəstəxananın bombalanmasına görə məsuliyyət daşıyır"
AzVision.az xəbər verir ki, bunu İsrail Ordusunun sözçüsü Daniel Haqari xarici jurnalistlər üçün keçirdiyi brifinq zamanı deyib.

Həmçinin İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti pilotsuz uçan aparatla çəkilmiş görüntüləri yayıb. Bu görüntülərə əsasən hərbçilər Qəzza zolağında xəstəxanada baş verən partlayışın İsrail silah-sursatından qaynaqlanmadığını sübut ediblər. Çünki belə olacağı təqdirdə diametri 7-19 metr olan krater yaranardı.

"Kadrlarda böyük yanğının izləri, yanmış avtomobil dayanacağı və qəlpələrlə dolu qonşu evlərin damları görünür, lakin ordunun döyüş sursatı partlayışlarına xas krater yoxdur", İsrail hərbçiləri qeyd edib. Onlar həmçinin “İsrail döyüş sursatından olan kraterlərin nümunələri” kimi pilotsuz təyyarə ilə lentə alınmış diametri 7 və 19 m olan iki krateri göstərirlər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti