Bayden İsrailə gəlib

“Prezidentin təyyarəsi yerli vaxtla saat 10:51-də İsrailin Ben Qurion hava limanına enib”, - məlumatda deyilir.
Birləşmiş Ştatlar liderinin İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşü gözlənilir.
Qeyd edək ki, bu səfərdən sonra Bayden İordaniyaya gedəcək və burada İordaniya Kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah Sisi və Fələstin Prezidenti Mahmud Abbasla Qəzza zolağında artan humanitar böhranı müzakirə edəcək.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
C.Baydendən əvvəl ABŞ-nin dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin də İsrailə səfər edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: