Rusiya: İrana qarşı raket məhdudiyyətlərinə əməl etməyə ehtiyac yoxdur

“İrana raket avadanlığının tədarükü artıq BMT-nin Təhlükəsizlik Şurasının təsdiqini tələb etmir. Avropa Birliyi və ABŞ Tehranla siyasi hesablaşmaq istəyən, beynəlxalq hüquqa və öhdəliklərə hörmətlə yanaşan digər ölkələr üçün heç bir mənası olmayan sanksiyaları ləğv etməlidir” , - bəyanatda deyilir.
Lakin Avropa Şurası çərşənbə günü “bu məhdudiyyətləri saxlamaq üçün əsaslı səbəblər” olduğunu bildirib. Qurumun verdiyi bəyanatda bu qərarın BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddəaları və Tehranın JCPOA (İranın nüvə problemi üzrə 5+1 formatı) çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi əsasında qəbul olunduğu vurğulanıb.
AzVision.az