İranda etirazçı Hüseyn Hüseynpur sarğılı halda xəstəxanaya aparılıb

İranda etirazçı Hüseyn Hüseynpur sarğılı halda xəstəxanaya aparılıb
  18 Oktyabr 2023    Oxunub:857
Hökumət qüvvələrinin açdığı atəş nəticəsində gözünü itirən Mehabadlı etirazçılarından olan Hüseyn Hüseynpurun sosial şəbəkələrdə qandallı şəkildə və sarğı ilə xəstəxanaya aparıldığını əks etdirən video yayımlanıb.
AzVision.az “Hengaw” insan haqları saytına istinadən xəbər verir ki, ötən il “Qadın, Həyat, Azadlıq” şüarı altında keçirilən etirazlar zamanı sağ gözünü itirən Hüseynpur bu il sentyabrın 6-da İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Təhlükəsizlik müəssisələrinin təcridxanasında saxlandığı son 41 gün ərzində yaralı etirazçıya dərmanlar, xüsusən də göz damcıları verilməyib. Hüseynpur oktyabrın 17-də təhlükəsizlik müəssisələrinin təcridxanasından Şirazdakı Xəlili xəstəxanasına köçürülüb.

Videoda onun oksigen aparatı ilə nəfəs aldığı və çarpayıya qandallı bağlandığı görünür. Məlumata görə, o, indi də Şirazda xəstəxanadadır.


AzVision.az


Teqlər: İran   etirazçı  





Xəbər lenti