200 jurnalist Nilufər Hamidi və İlahə Məhəmmədi ilə bağlı açıq məktub imzalayıb

200 jurnalist Nilufər Hamidi və İlahə Məhəmmədi ilə bağlı açıq məktub imzalayıb
  18 Oktyabr 2023    Oxunub:979
İranın jurnalist, yazıçı və qələm camiəsindın olan 200 şəxs açıq məktub dərc edərək, Məhsa Əmininin ölümü ilə bağlı həbsdə olan iki jurnalist İlahə Məhəmmədi və Nilufər Hamidinin azadlığa buraxılması tələbini qoyublar.
AzVision.az xəbər verir ki, “Şərq” qəzetinin dərc etdiyi məktubda “HəmMihən” və “Şərq” qəzetlərinin bu iki jurnalistinin həbsindən bir il ötdüyü və son məhkəmə iclasından üç aya yaxın vaxt keçməsinə baxmayaraq, məhkəmə sisteminin heç bir hökmü olmadan onları müvəqqəti saxlama adı altında, hökmü dəyişdirmədən və azadlığa buraxmadan həbsdə saxladığı vurğulanır.

“Biz jurnalistlər, müxbirlər, yazıçılar və İran xalqı inanırıq ki, ölkənin problemlərini bəyan edən, dilə gətirən, tamaşaları tənqid etmək imkanı olan azad media məkanı nöqsanların, səmərəsizliyin, qanunsuzluqların aradan qaldırılmasının əsas açarıdır. Bir ildən sonra bu iki jurnalistin müvəqqəti həbsinin davam etdirilməsi haqlı deyil. Biz özbaşına, qeyri-qanuni və konstitusiyada nəzərdə tutulan azadlıqlara zidd olaraq xalqın bədxahları üçün münasib arena yaratmağa imkan verməyəcəyimizi vurğulayaraq, İlahə Məhəmmədi və Nilufər Hamidinin azadlığa buraxılmasını tələb edirik”, - məktubda deyilir.

Çalışdıqları qəzetlərin tələbi çərçivəsində Məhsa Əmininin ölümü və dəfni ilə bağlı xəbərlər hazırladıqları üçün həbs olunan İlahə Məhəmmədi və Nilufər Hamidiyə qarşı İran hakimiyyəti ciddi təhlükəsizlik ittihamları irəli sürüb.
AzVision.az


Teqlər: İran   jurnalistlər  





Xəbər lenti