Putin Ukraynaya ATACMS raketlərinin verilməsini pislədi

Putin Ukraynaya ATACMS raketlərinin verilməsini pislədi
  18 Oktyabr 2023    Oxunub:1353
Rusiya prezidenti Vladimir Putin ATACMS uzaqmənzilli raketlərin Ukraynaya çatdırılmasından danışıb.
O bunu ABŞ-ın növbəti səhvi adlandırıb. Rusiya liderinin sözlərinə görə, bu növ silahların tədarükü yalnız Ukraynanın ağrı-acısını uzadacaq.

Prezident vurğulayıb ki burada Ukrayna üçün də yaxşı heç nə yoxdur.

"Birincisi, bu, təbii ki, raket çatdırılması zərər verir və əlavə təhlükə yaradır. İkincisi, biz əlbəttə ki, bu hücumları dəf edə biləcəyik. Müharibə müharibədir və mən demişəm ki, onlar təhlükə yaradırlar. Amma ən əsası odur ki, o, təmas xəttindəki vəziyyəti kökündən dəyişmək iqtidarında deyil. Bu mümkün də deyil və bunu dəqiq deyirəm. Və nəhayət, bu addım ABŞ tərəfindən atılan növbəti səhvidir”, - Putin Çinə səfərindən sonra mətbuat konfransı zamanı deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti