Məhsa Əmininin dayısı və daha 5 Saqqız vətəndaşı sərbəst buraxılıb

Məhsa Əmininin dayısı və daha 5 Saqqız vətəndaşı sərbəst buraxılıb
  18 Oktyabr 2023    Oxunub:963
Məhsa Əmininin dayısı Səfa Əli və Məhsanın ölümünün ildönümündən əvvəl Saqqız şəhərində saxlanılan beş məhbus çərşənbə axşamı azad edilib.
AzVision.az “Hengaw” İnsan Haqları saytına istinadən xəbər verir ki, Səfa Əli, Azad Əmini, Samira Əhmadi, Hiva Tatayi, Ümid Müqəddəs və Hiva Cahani məhkəmə prosesinin sonuna qədər 1 milyard 200 milyon tümən və 900 milyon tümən girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılıblar.

Qeyd edək ki, Məhsa Əmininin dayısı Səfa Əli sentyabrın 5-də İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
AzVision.az


Teqlər: İran   Məhsa  





Xəbər lenti