Fatimə Sepehri: Məni öldürməyə çalışırlar - VİDEO

      Fatimə Sepehri:    Məni öldürməyə çalışırlar -    VİDEO
  18 Oktyabr 2023    Oxunub:1047
Xəstəxanada qripə yoluxan siyasi fəal Fatimə Sepehrinin evə buraxılması barədə qərar verilsə də, o, hələ də xəstəxanada saxlanılır.
AzVision.az xəbər verir ki, Sepehrinin qardaşının X sosial şəbəkəsindəki hesabında paylaşdığı video-materialda xanım Sepehri qrip olduğunu eşidəndən sonra öz razılığı ilə evə buraxılacağını, xəstəxana rəhbərliyinin isə yalnız oğlunun imza atacağı təqdirdə buna icazə veriləcəyini bildirir.

Daha sonra xanım Sepehri səhərdən axşam saat 19:00-a qədər xəstəxanada saxlanıldığını və işçilərin hakimiyyət səlahiyyətlilərinin onun evə buraxılmasına icazə verməyəcəyini dediyini açıqlayır.

Onu öldürməyə cəhd göstərdiklərini vurğulayan xanım Sepehri nəyin bahasına olursa-olsun xəstəxananı tərk edəcəyində israrlıdır.

Qeyd edək ki, xanım siyasi fəal bir gün əvvəl HƏMAS-ın İsrailə hücumunu pisləyərək, Yaxın Şərq İrandakı rejim hakimiyyətə gələndən bəri Yaxın Şərqin “sülh görmədiyini” və İran hökumətinin işinin “Əl-Əqsa tufanında bağlanacağına” ümid etdiyini söyləyib.


AzVision.az


Teqlər: İran   Sepehri  





Xəbər lenti