Etirazçı müğənni Mehdi Yərrahi zaminə çıxdı

Yərrahinin vəkili göstərdikləri dəstəyə görə musiqi evinə, onun baş direktoru Həmidrza Nurbəxşə, həmçinin Ehsan Əlixani və Fərdin Xələtbəriyə təşəkkür edib.
Ötən il ümummilli etirazlar zamanı aksiya iştirakçıları ilə bir neçə mahnı çıxaran və sosial şəbəkələrdə aktiv olan Mehdi Yərrahi bu il avqust ayının sonlarında “Rusəritu(sənin hicabın)” mahnısını yayımladıqdan sonra həbs edilib.
Məhkəmə onu “fəsada və fahişəliyə təşviq etmək”, “əxlaq və ictimai iffətə qarşı məzmun yaratmaq və dərc etmək” və “insanları iffətə qarşı cinayətlərə sövq və təhrik etmək”də günahlandırıb.
AzVision.az