Konqresin 110 üzvü Tehrana qarşı əlavə sanksiyalar tətbiq olunmasını tələb edib

“İran HƏMAS və digər islamçı terror qruplaşmalarının maliyyələşdirilməsində davamlı roluna görə tam cavabdeh olmalıdır. Bayden HƏMAS-ın hücumundan sonra İsraillə tam həmrəy olduğunu bəyan edib. Eyni zamanda, Ağ evdə İsrailə dəstək məqsədilə İrana qarşı hər hansı qəfil və əhəmiyyətli addımın regionda gərginliyi artıracağı ilə bağlı narahatlıq var. ABŞ hökumətinin Tehrana qarşı sanksiyalarla bağlı yekun qərarı ölkənin kəşfiyyat orqanlarının HƏMAS-ın İsrailə hücumlarında İranın rolu ilə bağlı gəldiyi nəticədən asılıdır” – qəzet yazıb.
Lakin, orası da var ki, İranın neft ticarətinə neftinə qarşı daha çox sanksiyaların tətbiqi gələn il ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində benzinin qlobal qiymətlərinin kəskin artmasına və demokratların reytinqinin xeyli aşağı düşməsinə səbəb ola bilər.
AzVision.az