Abdullahiyan: "İslam ölkələri İsrailə sanksiya tətbiq etməlidir"

   Abdullahiyan:    "İslam ölkələri İsrailə sanksiya tətbiq etməlidir"
  18 Oktyabr 2023    Oxunub:982
İslam ölkələri İsrailə qarşı sanksiya tətbiq etməli və onun səfirlərini öz ölkələrindən çıxarmalıdırlar.
AzVision.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan belə xəbərdarlıq səsləndirib.

Abdullahiyan Ciddədə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha ilə görüşdə islam ölkələri tərəfindən İsrailin “dərhal və tam” boykot olunmasını tələb edib.
İranlı nazir, həmçinin Təl-Əvivlə əlaqəsi olan müsəlman ölkələrindən İsrailin səfirlərinin xaric edilməsi zərurətini vurğulayıb.
AzVision.az


Teqlər: İran   İƏT  





Xəbər lenti