Bayden HƏMAS girovlarının azad edilməsini əsas prioritet adlandırıb

   Bayden HƏMAS girovlarının azad edilməsini əsas prioritet adlandırıb
  18 Oktyabr 2023    Oxunub:1085
ABŞ HƏMAS yaraqlıları tərəfindən tutulan girovların azad edilməsini əsas prioritet hesab edir.
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden İsrailə həmrəylik səfərindən sonra Tel-Əvivdə qısa çıxışı zamanı deyib.

"Biz HƏMAS tərəfindən əsir götürülənləri geri qaytarmaq üçün bütün imkanlardan istifadə edərək regiondakı tərəfdaşlarımızla işləyirik".

Eyni zamanda, Bayden ABŞ-ın girovların azad edilməsi ilə bağlı işində heç bir detal barədə açıq danışa bilməyəcəyini vurğulayıb.

İsrail ordusunun məlumatına görə, HƏMAS tərəfdarları azı 199 nəfəri girov götürüblər.

AzVision.az


Teqlər:





Xəbər lenti