İsrail Baydenin Qəzzaya humanitar yardım xahişini qəbul edib

   İsrail Baydenin Qəzzaya humanitar yardım xahişini qəbul edib
  18 Oktyabr 2023    Oxunub:1093
HƏMAS Fələstin xalqını təmsil etmir.
AzVision.az a xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden İsrailə səfərinin yekunlarına dair mətbuat açıqlamasında bildirib.

Onun sözlərinə görə, HƏMAS Qəzzadakı günahsız insanlardan, ailələrdən qalxan kimi istifadə edir. Bayden əlavə edib ki, HƏMAS-ın silahları, qərargahları və kommunikasiya kanalları mülki əhalinin yaşadığı ərazilərdədir.

ABŞ lideri fələstinlilərin çox əziyyət çəkdiklərini vurğulayıb: “Biz digər ölkələr kimi, günahsız fələstinlilərin itkilərinə görə dərindən kədərlənirik. Dünən Qəzzada xəstəxanada partlayış nəticəsində çox saylı insan tələfatı xəbərindən dərindən sarsıldım, qəzəbləndim. Bugünkü məlumatlara əsasən, məlum olur ki, xəstəxana Fələstindəki terrorçu təşkilat tərəfindən vurulub”.

O qeyd edib ki, ABŞ bütün münaqişələrdə mülki əhalinin qorunmasına dair yanaşmanı qətiyyətlə dəstəkləyir: “Qəzzada əhalinin dərmanlara, suya, ərzağa, sığınacağa ehtiyacı var. Mən bu gün İsrail hökumət kabineti ilə görüşümdə də xahiş etdim ki, həyati vacib humanitar yardımın Qəzaya çatdırılmasına şərait yaradılsın. İzləyəcəyik və əmin olacağıq ki, bu yardım HƏMAS-a deyil, mülki əhaliyə gedəcək. İsrail razılıq verdi ki, Misirdən Qəzzaya humanitar yardımın gətirilməsinə başlana bilər. BMT və digər təşkilatlar Misir hökuməti ilə yaxından işləyəcək ki, bu yardımı daşıyan yük maşınları mümkün qədər tez əraziyə çatsın. Mən eyni zamanda, İsrail tərəfinə bildirdim ki, beynəlxalq ictimaiyyət BQXK-nin girovlara baş çəkməsini tələb edir”.

Bayden onu da bildirib ki, Qəzza və İordan çayın Qərb sahilinə humanitar yardım məqsədilə ABŞ dövlət büdcəsindən 100 milyon dollar ayrılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti